Yuxarı

Bu il Naxçıvanda 819 milyon 911,6 min manat sənaye məhsulu istehsal olunub

​Bu il Naxçıvanda 819 milyon 911,6 min manat sənaye məhsulu istehsal o

Cari ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 819 milyon 911 min 600 manat dəyərində sənaye məhsulu istehsal olunub.

Bu barədə "Report" Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilir ki, bu da bir il öncəki göstəricini 1,3 faiz üstələyib. Sənaye məhsulu istehsalının 96,2 faizi malların, 3,8 faizi isə xidmətlərin payına düşüb. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 94,5 faiz təşkil edir ki, bu da ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ən yüksək göstəricidir.

2019-cu ilin yanvar-sentyabr aylarında muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 37 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb, 55 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması davam etdirilir.

Sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə bəhs olunan dövrdə 7 milyon 171 min 500 manat kredit verilib. Bu, bir il öncəki göstəricidən 38,7 faiz çoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi