Bu il Bakıda 17,7 milyard manatlıq sənaye məhsulları istehsal edilib
- 04 may, 2022
- 14:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 17,7 milyard manat təşkil edib.
Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Məlumata görə, sənaye məhsulunun 84,8 %-i mədənçıxarma, 12,9 %-i emal, 1,9 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,4 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 90,3 % olub.
İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 92,6 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 7,4 % təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin aprelin 1-nə 519,6 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 80,4 milyon manat məbləğində digər məhsullar da mövcud olub.