Bu il Bakıda 15 mlrd manatlıq sənaye məhsulları istehsal edilib

Bu il Bakıda 15 mlrd manatlıq sənaye məhsulları istehsal edilib Sənaye məhsulunun 75,8 %-i mədənçıxarma, 20,8 %-i emal sektorlarında istehsal olunub
Sənaye
30 İyun , 2021 13:15
Bu il Bakıda 15 mlrd manatlıq sənaye məhsulları istehsal edilib

Bu ilin yanvar-may aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 15,2 milyard manat təşkil edib.

Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilir ki, sənaye məhsulunun 75,8 %-i mədənçıxarma, 20,8 %-i emal, 2,7 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 83,2 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,5 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 9,5 % təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 iyun 2021-ci il vəziyyətinə 317,7 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 61,9 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Son xəbərlər

Orphus sistemi