Bu il “Azərikimya”da satış üçün 462 min ton məhsul istehsal ediləcək

Bu il “Azərikimya”da satış üçün 462 min ton məhsul istehsal ediləcək Bakı. 5 fevral. REPORT.AZ/ 2019-cu ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyində 462 min ton əmtəə məhsulunun istehsalı nəzərdə tutulub.
Sənaye
5 Fevral , 2019 12:45
Bu il “Azərikimya”da satış üçün 462 min ton məhsul istehsal ediləcək

Bakı. 5 fevral. REPORT.AZ/ 2019-cu ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyində 462 min ton əmtəə məhsulunun istehsalı nəzərdə tutulub.

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın sosial şəbəkədəki səhifəsində bildirilib.

Qeyd edilib ki, “Azərikimya” İB-nin 2019-cu il ixrac coğrafiyasında propilen satışı nəzərdə tutulmayıb.  Ötən ilin sentyabrından propilen “SOCAR Polymer”ə polipropilenin istehsalı üçün verilir. Cari ildən etilen ixracı da azalacaq. Bu məhsul da “SOCAR Polymer”ə yüksək təzyiqli polietilen istehsalı üçün göndəriləcək. 

Son xəbərlər

Orphus sistemi