Bu il Azərbaycanda yük avtomobili istehsalı 75 %-dən çox artıb

Sənaye
  • 14 iyun, 2024
  • 13:05
Bu il Azərbaycanda yük avtomobili istehsalı 75 %-dən çox artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 254 ədəd yük avtomobili istehsal edilib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 75,2 % çoxdur. Nəticədə, bu il iyunun 1-nə ölkədə 60 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Hesabat dövründə ölkədə 297,1 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib. 2023-cü ilin 5 ayı ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 31,3 % artıb, maşın və avadanlıqların istehsalı 19,5 %, sair nəqliyyat vasitələrinin istehsalı isə 18,4 % azalıb.

Bu ilin ilk 5 ayında ölkədə 1 389 ədəd və ya 2023-ci ilin müvafiq ayları ilə müqayisədə 193 ədəd və yaxud 12,2 % az minik avtomobili istehsal olunub. Bu il iyunun 1-nə ölkədə 276 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Bu dövrdə Azərbaycanda 290 ədəd traktor istehsal edilib.İl ərzində bu göstərici 11,3 % azalıb. Nəticədə, bu il iyunun 1-nə ölkədə 10 ədəd hazır məhsul ehtiyatı yaranıb.

44 filmi