Bu il Azərbaycanda sənaye istehsalı 3 %-dən çox azalıb

Bu il Azərbaycanda sənaye istehsalı 3 %-dən çox azalıb Bu ilin yanvar-mart aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 18,6 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 % az sənaye məhsulu istehsal edilib.
Sənaye
14 Aprel , 2023 12:46
Bu il Azərbaycanda sənaye istehsalı 3 %-dən çox azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 18,6 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 % az sənaye məhsulu istehsal edilib.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, neft-qaz sektorunda məhsul istehsalı 4 % azalıb, qeyri neft-qaz sektorunda isə 4,7 % artıb.

Sənaye məhsulunun 72 %-i mədənçıxarma sektorunda, 22,6 %-i emal sektorunda, 4,7 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,4 % azalıb, əmtəəlik qaz hasilatı isə 1,1 % artıb.

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,1 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 78 %, əczaçılıq məhsullarının istehsalı 68,8 %, poliqrafiya məhsullarının istehsalı 57,1 %, kağız və karton istehsalı 44,4 %, kompüter, elektron və optik məhsulların istehsalı 35,7 %, toxuculuq sənayesi məhsullarının istehsalı 28 %, tikinti materiallarının istehsalı 25,8 %, maşın və avadanlıqların istehsalı 25,4 %, içkilərin istehsalı 25,1 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 16,9 %, qida məhsullarının istehsalı 13,6 %, elektrik avadanlıqlarının istehsalı 8,7 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 8,2 %, tütün məmulatlarının istehsalı 6,6 %, mebel istehsalı 1 %, neft məhsullarının istehsalı 0,5 % artıb, sair nəqliyyat vasitələrinin istehsalı 0,4 %, geyim istehsalı 1,1 %, hazır metal məmulatlarının istehsalı 1,3 %, kimya sənayesi məhsullarının istehsalı 11,2 %, metallurgiya sənayesi məhsullarının istehsalı 44,2 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 46,1 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 6,1 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 21,8 % artıb.

Son xəbərlər

Orphus sistemi