Azərbaycanda sement və asfalt istehsalı artıb

Sənaye
  • 18 may, 2022
  • 07:17
Azərbaycanda sement və asfalt istehsalı artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehsal olunanı tikinti materiallarının ümumi dəyəri 306,4 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 72,3 % artıb.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin 4 ayında ölkədə 1 milyon 50,2 min ton sement istehsal edilib ki, bu da ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 9 % çoxdur.

Bu ilin yanvar-aprel aylarında ölkədə 25,3 min ton asfalt istehsal edilib ki, bu da ötən ilin 4 ayı ilə müqayisədə 3,2 dəfə çoxdur, tikinti kərpicinin istehsalı isə 55,9 % artaraq 233,6 min kubmetr təşkil edib.

Tikinti gipsinin istehsalı 50,8 % artaraq 8,9 min ton olub. Yanvar-aprel aylarında tikinti əhənginin istehsalı 13,8 % azalaraq 10,6 min ton təşkil edib.

Hesabat dövründə sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 31,9 min ton olaraq, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 48,4 % artıb. Betondan yığma tikinti konstruksiyalarının istehsalı da 34,7 % aratarq 12,8 min kubmetr təşkil edib.

Hesabat dövründə ölkədə emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 28,7 % azalaraq 6 min 797,7 ton təşkil edib.

Bu müddət ərzində ölkədə hörmə üçün hazır beton qarışığının istehsalı 29,8 % artaraq 927 min ton təşkil edib.