Bu il Azərbaycanda qeyri neft-qaz sektoru 7 %-dən çox artıb

Bu il Azərbaycanda qeyri neft-qaz sektoru 7 %-dən çox artıb Bu ilin yanvar-oktyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 55,6 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 % az sənaye məhsulu istehsal edilib.
Sənaye
14 Noyabr , 2023 12:53
Bu il Azərbaycanda qeyri neft-qaz sektoru 7 %-dən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft-qaz sektorunda məhsul istehsalı 2,4 % azalıb, qeyri neft-qaz sektorunda isə 7,4 % artıb.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin 10 ayında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 55,6 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 % az sənaye məhsulu istehsal edilib.

Sənaye məhsulunun 68,1 %-i mədənçıxarma sektorunda, 26,6 %-i emal sektorunda, 4,4 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 8,1 % azalıb, əmtəəlik qaz hasilatı isə 3,6 % artıb.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 92,2 %, kompüter, elektron və optik məhsulların istehsalı 65 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 33,9 %, maşın və avadanlıqların istehsalı 30,2 %, tikinti materiallarının istehsalı 29,7 %, poliqrafiya məhsullarının istehsalı 28,9 %, içkilərin istehsalı 27,2 %, hazır metal məmulatlarının istehsalı 23 %, kağız və karton istehsalı 21,1 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 19,8 %, toxuculuq sənayesi məhsullarının istehsalı 11,4 %, qida məhsullarının istehsalı 10,7 %, mebel istehsalı 9,5 %, neft məhsullarının istehsalı 9,4 %, kimya sənayesi məhsullarının istehsalı 8,1 %, elektrik avadanlıqlarının istehsalı 7,8 %, əczaçılıq məhsullarının istehsalı 4,6 %, tütün məmulatlarının istehsalı 3,8 % artıb, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 8,8 %, geyim istehsalı 12,3 %, sair sənaye məhsullarının istehsalı 13,4 %, sair nəqliyyat vasitələrinin istehsalı 16,2 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 19,3 %, metallurgiya sənayesi məhsullarının istehsalı 25,4 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,2 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 14,9 % artıb.

Son xəbərlər

Orphus sistemi