Bu il Azərbaycanda gümüş istehsalı 3,8 dəfə artıb

Bu il Azərbaycanda gümüş istehsalı 3,8 dəfə artıb Bakı. 17 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 3 951,5 kq qızıl istehsal edilib.
Sənaye
17 Dekabr , 2018 17:50
Bu il Azərbaycanda gümüş istehsalı 3,8 dəfə artıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 3 951,5 kq qızıl istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2017-ci ilin yanvar-noyabr aylarının göstəriciləri ilə müqayisədə 30,3% azdır. Bu ilin dekabr ayının 1-nə 88,9 kq hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-noyabr aylarında ölkədə 172,4 kq gümüş istehsal edilib ki, bu da 2017-ci ilin 11 ayının göstəriciləri ilə müqayisədə 3,8 dəfə çoxdur. Bu ilin dekabrın 1-nə 32,7 kq hazır məhsul ehtiyatı yaranıb.

Son xəbərlər

Orphus sistemi