Bu il Azərbaycanda avtomobil istehsalı 68 %-dən çox artıb

Sənaye
  • 14 iyun, 2023
  • 06:43
Bu il Azərbaycanda avtomobil istehsalı 68 %-dən çox artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 306,4 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 9 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 32,9 % artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 30,6 % azalıb.

Hesabat dövründə ölkədə 1 582 ədəd və ya 2022-ci ilin ilk 5 ayı ilə müqayisədə 643 ədəd və yaxud 68,5 % çox minik avtomobili istehsal olunub. Bu il iyunun 1-nə ölkədə 744 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Yanvar-may aylarında Azərbaycanda 327 ədəd traktor istehsal edilib. Bu, 2022-ci ilin ilk 5 ayı ilə müqayisədə 66 % çoxdur. Nəticədə, bu il iyunun 1-nə ölkədə 12 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Həmçinin, bu ilin yanvar-may aylarında Azərbaycanda 145 ədəd yük avtomobili istehsal edilib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7,4 % çoxdur. Nəticədə, bu il iyunun 1-nə ölkədə 9 ədəd hazır məhsul ehtiyatı yaranıb.