Bu il Azərbaycanda avtomobil istehsalı 40 % artıb

Sənaye
  • 18 may, 2022
  • 06:49
Bu il Azərbaycanda avtomobil istehsalı 40 % artıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 167,8 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 4,4 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,5 dəfə, maşın və avadanlıqların istehsalı isə 30,8 % artıb.

2022-ci ilin yanvar-aprel aylarında 710 ədəd və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 202 ədəd və yaxud 39,8 % çox minik avtomobili istehsal olunub. Bu il mayın 1-nə ölkədə 673 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 169 ədəd traktor istehsal edilib. Bu, 2021-ci ilin müvafiq ayları ilə müqayisədə 4,3 % çoxdur. Nəticədə, bu il mayın 1-nə ölkədə 36 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Son xəbərlər

Bütün Xəbər Lenti