Bu il Azərbaycanda 283 ədəd minik avtomobili istehsal olunub

Bu il Azərbaycanda 283 ədəd minik avtomobili istehsal olunub Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 53,7 mln. manatlıq məhsul istehsal edilib.
Sənaye
17 Aprel , 2019 17:28
Bu il Azərbaycanda 283 ədəd minik avtomobili istehsal olunub

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 53,7 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 85,6%, maşın və avadanlıqların istehsalı 13,2%, sair nəqliyyat vasitələrinin istehsalı isə 2,6% artıb.

Dövr ərzində 313 ədəd traktor istehsal edilib ki, bu da 2018-ci ilin ilk rübü ilə müqayisədə 30,3% azdır.

Bu ilin birinci rübündə ölkədə 283 ədəd minik avtomobili istehsal olunub. Bu dövr ərzində ölkədə fəvvarə armaturunun istehsalı 46,7%, ştanqlı quyu nasoslarının istehsalı 46,1%, mancanaq dəzgahlarının istehsalı 8,8% artıb.

Son xəbərlər

Orphus sistemi