Bu il Azərbaycanda 228 mln. manatlıq kompüter və elektrik avadanlığı istehsal edilib

Bu il Azərbaycanda 228 mln. manatlıq kompüter və elektrik avadanlığı istehsal edilib Bakı. 19 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlığının istehsalı sahələrində 228 mln. manatlıq məhsul istehsal olunub.
Sənaye
19 Noyabr , 2018 11:54
Bu il Azərbaycanda 228 mln. manatlıq kompüter və elektrik avadanlığı istehsal edilib

Bakı. 19 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlığının istehsalı sahələrində 228 mln. manatlıq məhsul istehsal olunub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 4,7% azalıb, elektrik avadanlığının istehsalı isə 2,4 dəfə artıb.

Dövr ərzində əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə güc transformatorlarının istehsalı 2,1 dəfə artaraq 538 ədəd olub. 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 94,2% artıb və 895,8 ton təşkil edib. Bu müddət ərzində ölkədə məişət soyuducularının istehsalı 35% azalaraq 1 152 ədəd olub.

Qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı isə yanvar-oktyabr aylarında 7,2% artaraq 8 900 ədəd təşkil edib.

Son xəbərlər

Orphus sistemi