Bu il Azərbaycan qızıl ixracını 17 %-dək artırıb

Bu il Azərbaycan qızıl ixracını 17 %-dək artırıb Bu ilin noyabr ayında Azərbaycan xarici ölkələrə 24,5 mln ABŞ dolları dəyərində qızıl ixrac edib
Sənaye
154
30 Dekabr , 2020 12:56
Bu il Azərbaycan qızıl ixracını 17 %-dək artırıb

Bu ilin noyabr ayında Azərbaycan xarici ölkələrə 24,5 mln ABŞ dolları dəyərində qızıl ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin dekabr sayında bildirilir.

Bu, 2019-cu ilin noyabr ayının göstəricisi ilə müqayisədə 8,8 mln ABŞ dolları və ya 56,05 % çoxdur.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrə 183,7 mln ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 26 mln ABŞ dolları və ya 16,5 % çoxdur.

Son xəbərlər

Orphus sistemi