Bu il Azərbaycan polietilen ixracından qazancını 2 dəfə artırıb

Bu il Azərbaycan polietilen ixracından qazancını 2 dəfə artırıb Bu ilin aprel ayında Azərbaycan 12 milyon ABŞ dolları dəyərində ilkin formalı polietilen ixrac edib
Sənaye
31 May , 2021 15:09
Bu il Azərbaycan polietilen ixracından qazancını 2 dəfə artırıb

Bu ilin aprel ayında Azərbaycan 12 milyon ABŞ dolları dəyərində ilkin formalı polietilen ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin may sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 8,4 milyon ABŞ dolları və yaxud 3,3 dəfə çoxdur.

Eyni zamanda, 2021-ci ilin yanvar-aprel aylarında isə Azərbaycandan xarici ölkələrə 33,6 milyon ABŞ dolları dəyərində ilkin formalı polietilen ixrac olunub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 17,3 milyon ABŞ dolları və ya 2,06 dəfə çoxdur.

Xatırladaq ki, Azərbaycanda polietilen və polipropilen "SOCAR Polymer" zavodunda istehsal edilir. “SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen zavodu daxildir. Polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin ilin oktyabrın 5-dən isə polipropilenin ixracına başlanılıb.

Son xəbərlər

Orphus sistemi