Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin “Conroy Gold and Natural Resources PLC” şirkəti ilə birgə müəssisənin yaradılması ilə bağlı apardığı danışıqları bu ilin əvvəlində dayandırılıb.
“Report”un məlumatına görə, bu barədə Britaniya şirkətinin 2020-ci ilin yekunları ilə bağlı açıqladığı hesabatda deyilir.
Hesabata əsasən, müzakirələr zamanı şirkətin “Conroy Gold and Natural Resources Plc” şirkəti ilə ortaq müəssisənin yaradılması üçün çox fərqli bir baxışa sahib olduğu aydın olub.
Məlumata görə, "Anglo-Asian Mining Plc." şirkəti Azərbaycandan kənarda mədənlərin işlədilməsi ilə bağlı ciddi məqsədləri və hədəfləri mövcuddur: “Bizim mədsədimiz və istəyimiz şirkətin səhmdarları üçün əlavə dəyər qatacaq digər fürsətlərə baxmağa davam etməkdir”.
“Conroy Gold” şirkəti 65 km-lik (40 mil) qızıl zolağı kəşf edib. Bu zolaq İrlandiyadakı “Longford-Down” massivində böyük bir geoloji quruluş olan “Orlock Bridge Fault Zone” ərazisində yerləşir. Şirkət bu zolaqda “Monaghan” əyalətindəki “Clontibret” ərazisində ilk qızıl yatağını işlətmək istiqamətində addımlar atır. Şirkət zolaq boyu “Clay Lake”, “Glenish”, və “Slieve Glah” da daxil olmaqla bir neçə qızıl yataqları kəşf edib.