Yuxarı

Böyük Britaniya şirkəti Ordubadda qiymətli metalların kəşfiyyatına 1,8 mln. dollar yönəldəcək

​Böyük Britaniya şirkəti Ordubadda qiymətli metalların kəşfiyyatına bu

Azərbaycanda qiymətli metalların hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining” şirkəti Ordubad müqavilə ərazisində geoloji kəşfiyyat işləri üçün bu il 1,84 mln. dollar vəsait sərf etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Bildirilib ki, əlverişli geoloji quruluş Ordubad ərazisində çoxlu porfir mineralları olacağını göstərir.

Ərazidə 2018-ci ilin geoloji iş proqramı 5 504 səth nümunəsini əhatə edib və analizin nəticələrinin 2019-cu ilin II rübündə əldə olunması gözlənilir.

Qeyd edək ki, Ordubad müqavilə sahəsi 462 kvadrat kilometr ərazini əhatə edir.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur.

Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi