Böyük Britaniya Azərbaycandan metanol almağa başlayıb

Sənaye
  • 03 mart, 2022
  • 10:36
Böyük Britaniya Azərbaycandan metanol almağa başlayıb

2021-ci il ərzində Azərbaycan 90,063 milyon ABŞ dolları dəyərində 357 min 715,1 ton metanol (metil spirti) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki illə müqayisədə tədarük dəyər ifadəsində 75,9 % artıb, kəmiyyət olaraq – 24,1 % azalıb.

Azərbaycan Türkiyəyə 40,911 milyon ABŞ dolları dəyərində 161 min 844,4 ton, Niderlanda 12,508 milyon ABŞ dolları dəyərində 52 min 763,4 ton, İsrailə 8,252 milyon ABŞ dolları dəyərində 33 min 032,2 ton, İtaliyaya 7,848 milyon ABŞ dolları dəyərində 30 min 611,85 ton, Rumıniyaya 7,732 milyon ABŞ dolları dəyərində 30 min 207,65 ton, İspaniyaya 5,286 milyon ABŞ dolları dəyərində 16 min 520,7 ton, Sloveniyaya 3,694 milyon ABŞ dolları dəyərində 18 min 469 ton, Britaniyaya 2,109 milyon ABŞ dolları dəyərində 8 min 111,85 ton, Hindistana 1,723 milyon ABŞ dolları dəyərində 6 min 154,05 ton məhsul satıb.

2020-ci ilin eyni dövrü ilə müqayisədə Türkiyəyə ixrac müvafiq olaraq 91,1 % artıb və 19,3 % azalıb, Niderlanda 3,1 dəfə və 41,85 % artıb, İsrailə 3,4 dəfə və 46,3 % artıb, İtaliyaya 11,5 % və 63,5 % azalıb, Rumıniyaya 26,4 % artıb və 44,5 % azalıb, İspaniyaya 13 dəfə və 4 dəfə artıb.

Üçillik fasilədən sonra Sloveniyaya tədarük bərpa olunub. Ötən il ilk dəfə olaraq Azərbaycan Britaniyaya və Hindistana metanol satmağa başlayıb.

Hesabat dövründə Azərbaycan xaricdən 12,68 min ABŞ dolları dəyərində 1,96 ton metanol alıb. Bu məhsul Amerika Birləşmiş Ştatları, Almaniya, Fransa, Norveç və Türkiyədən tədarük edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti