Azərbaycanın bir sıra rayonlarında azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı təşkil olunacaq

Azərbaycanın bir sıra rayonlarında azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı təşkil olunacaq Fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman məsafə itkisinin və əlavə məsrəflərin qarşısını alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.
Sənaye
13 Mart , 2019 18:56
Azərbaycanın bir sıra rayonlarında azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı təşkil olunacaq

Fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman məsafə itkisinin və əlavə məsrəflərin qarşısını alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.

 Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Növbəti səyyar satışlar mart ayının 14-də Kürdəmir rayonun Karrar kəndində keçiriləcək. Bu kəndə yaxın Pirili, Xınıslı və digər ətraf kəndlərin sakinləri də səyyar satışdan yararlana biləcəklər.

Digər səyyar satış mart ayının 15-də Xaçmaz rayonunun Ləcət kədində keçiriləcək. Bu kəndə yaxın Yalama, Susay kəndləri, Xudat şəhəri, Nabran, Seyidli, İstisu, Köhnə-Xudat ərazi dairələri və digər ətraf kəndlərinin sakinləri səyyar satışdan yararlana biləcəklər.

Bundan başqa, mart ayının 16-da Siyəzən rayonun Qozağacı kəndində səyyar satış keçiriləcək. Bu kəndə yaxın Məşrif, Qalaaltı, Çalğan, Qərəh, Qozağacı, Eynibulaq, Sədan və digər ətraf kəndlərin sakinləri səyyar satışdan yararlana biləcəklər.

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə edirlər.

Səyyar satış barədə ətraflı məlumat almaq üçün Kürdəmir rayonu üzrə +99470 232-66-07 (Mətləb Kərimov, Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru), Xaçmaz rayonu üzrə +99450 524-84-15 (Azər Haqverdiyev, Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru), Siyəzən rayonu üzrə +99450 351-00-52 (Ənvər Hüseynov, Siyəzən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru) nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Son xəbərlər

Orphus sistemi