Balıqçılıq təsərrüfatında ekspertizanın aparılması üzrə müddətin uzadılması qaydası ləğv edilib

Balıqçılıq təsərrüfatında ekspertizanın aparılması üzrə müddətin uzadılması qaydası ləğv edilib Bundan əvvəl müddəti 30 günə qədər uzatmaq mümkün idi
Sənaye
22 Oktyabr , 2017 05:58
Balıqçılıq təsərrüfatında ekspertizanın aparılması üzrə müddətin uzadılması qaydası ləğv edilib

Bakı. 22 oktyabr. REPORT.AZ/ Ekspertizanın mürəkkəbliyi və ya əlavə tədqiqat aparılmasına ehtiyac yaranması səbəbindən balıqçılıq təsərrüfatı ekspertizasının aparılması ilə əlaqədar 15 gündən daha artıq müddət tələb olunduğu hallarda, müddətin hər dəfə 15 gün olmaqla, ən çoxu iki dəfə uzadılması qaydası ləğv edilib.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “Balıqçılıq təsərrüfatı ekspertizasının aparılması qaydası”nda edilən dəyişikliklərdə deyilir.

Bundan əlavə qaydaya həmçinin aşağıdakı dəyişikliklər edilib:

1. 2.2-ci bənddə “15 gün müddətində” sözləri “layihəsi ekspertizadan keçirilməsi tələb olunan obyektlərə münasibətdə 15 gün, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 gün müddətində” sözləri ilə əvəz edilsin.

2. 2.7-ci və 2.8-ci bəndlərdə “15” rəqəmi “5” rəqəmi ilə əvəz edilsin.

Son xəbərlər

Orphus sistemi