​Bakıda iqtisadiyyat və sənayeləşmə mövzusunda konfrans keçirilib

​Bakıda iqtisadiyyat və sənayeləşmə mövzusunda konfrans keçirilib Tədbir ATİB və Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən təşkil olunub
Sənaye
24 Sentyabr , 2014 16:14
​Bakıda iqtisadiyyat və sənayeləşmə mövzusunda konfrans keçirilib
Bakı. 24 sentyabr. REPORT.AZ/ Bu gün Bakıda “İqtisadi artım və sənayeləşmə: Azərbaycanın imkanları və Türkiyənin təcrübələri” adlı regional sənaye konfransı keçirilib.

“Report”un məlumatına görə, Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) birgə təşkil etdiyi konfrans 2014-cü ilin ölkədə “Sənaye ili” elan edilməsi ilə əlaqədar keçirilir.

Konfransda həm Azərbaycandan, həm də Türkiyədən iqtisadiyyat və sənaye nazirləri və digər yüksək səviyyəli hökumət nümayəndələri, universitet və araşdırma institutlarının tanınmış alimləri, qeyri-hökumət təşkilatları və özəl sektor (həm real sektor, həm də maliyyə sektoru olmaqla) təmsilçiləri iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi