​Bakıda və rayonlarda saxlama müddəti ötmüş mallar məhv edilib

​Bakıda və rayonlarda saxlama müddəti ötmüş mallar məhv edilib Qanun pozuntusuna yol vermiş şəxslər cərimə olunacaq
Sənaye
7 Noyabr , 2014 07:50

Bakı. 7 noyabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı istehlaka yararsız məhsullar aşkar edilib.

"Report" Xidmətin internet səhifəsinə istinadən xəbər verir ki, qanun pozuntuları Bakının Xətai, Abşeron, Binəqədi rayonlarında, həmçinin respublikanın Salyan, Şəmkir, Şirvan, Şabran, Xaçmaz, Xudat, Lənkəran rayonlarında fəaliyyət göstərən mağazalarda saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan mallar satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Son xəbərlər

Orphus sistemi