Bakıda sənaye istehsalı 5% azalıb

Bakıda sənaye istehsalı 5% azalıb Bu ilin yanvar-sentyabr aylarında Bakıda sənaye sahəsi üzrə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% azalaraq 22,2 milyard manat təşkil edib.
Sənaye
1349
3 Noyabr , 2020 16:39
Bakıda sənaye istehsalı 5% azalıb

Bu ilin yanvar-sentyabr aylarında Bakıda sənaye sahəsi üzrə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% azalaraq 22,2 milyard manat təşkil edib.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, paytaxtda sənaye məhsulunun 73,3%-i mədənçıxarma, 23,8%-i emal, 2,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 79,1% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 85,6%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 14,4% təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 oktyabr 2020-ci ilə 239,8 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 87,1 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Son xəbərlər

Orphus sistemi