Bakıda sənaye istehsalı 4 %-dən çox artıb

Bakıda sənaye istehsalı 4 %-dən çox artıb Bu ilin I yarısında Bakıda 18,7 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,2% çox sənaye məhsulu istehsal olunub və xidmət göstərilib.
Sənaye
4 Avqust , 2021 12:13
Bakıda sənaye istehsalı 4 %-dən çox artıb

Bu ilin I yarısında Bakıda 18,7 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,2% çox sənaye məhsulu istehsal olunub və xidmət göstərilib.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinin Başı Şəhər Statistika İdarəsinə istinadən məlumat verir.

Məlumata görə, sənaye məhsulunun 75,7 %-i mədənçıxarma, 21 %-i emal, 2,5 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 83,3 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,9 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 9,1 % təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu il iyulun 1-nə 354,8 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 57,3 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Son xəbərlər

Orphus sistemi