Bakıda sənaye istehsalı 3% artıb
- 03 fevral, 2022
- 06:35
Yeniliklərdən dərhal xəbərdar olun!
2021-ci ildə Bakıdaə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin dəyəri 2020-ci illə müqayisədə 2,7 % artaraq 44,7 milyard manat təşkil edib.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.
Məlumata görə, ötən il sənaye məhsulunun 77 %-i mədənçıxarma, 20 %-i emal, 2,3 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 84,2 % olub.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 yanvar 2022-ci ilə 282,5 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Anbarlarda başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 81,1 milyon manat məbləğində digər məhsullar da mövcud olub.