Bakıda “Mədəni irsə yeni baxış” adlı xalça sərgisi keçirilib

Bakıda “Mədəni irsə yeni baxış” adlı xalça sərgisi keçirilib “Azərxalça” ASC-nin tərəfdaşlığı ilə Bakıdakı Milli Xalça Muzeyində “Mədəni irsə yeni baxış” adlı sərgi keçirilib.
Sənaye
25 Yanvar , 2023 11:03
Bakıda “Mədəni irsə yeni baxış” adlı xalça sərgisi keçirilib

“Azərxalça” ASC-nin tərəfdaşlığı ilə Bakıdakı Milli Xalça Muzeyində “Mədəni irsə yeni baxış” adlı sərgi keçirilib.

"Report" “Azərxalça”ya istinadən xəbər verir ki, sərgidə AFFFAIR markasının təsisçisi, dünyaca məşhur azərbaycanlı dizayner Rüfət İsmayılın muzeydə saxlanılan qədim “Açma-yumma”, “Qarabağ”, “Naxçıvan”, eləcə də Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitajı Muzeyində saxlanılan “Pazırık” və xalq rəssamı Eldar Mikayılzadənin müəllifi olduğu “Şəbəkəli” xalçalarının elementlərindən istifadə etməklə hazırlanmış kolleksiya nümayiş etdirilib.

Kolleksiyaya daxil olan 5 xalça nümunəsinin hər birindən məhdud sayda, cəmi 25 ədəd istehsal olunub. Bu müasir xalça nümunələrinin hərəsindən bir ədəd isə mədəni irsin qorunması, müasirləşməsi və gələcək nəsillərə ötürülməsi məqsədilə Milli Xalça Muzeyinə hədiyyə olunub.

Sərgidə ictimai və siyası xadimlər, incəsənət nümayəndələri, xalçaçı sənətkarlar da iştirak edib.

Xatırladaq ki, R.İsmayılın Azərbaycan xalçalarının motivləri, zəngin rəngləri və naxışlarından bəhrələnərək yaratdığı və Azərbaycanın Qarabağ zəfərinə həsr olunan “Sumakh” geyim kolleksiyası Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanıb.

Son xəbərlər

Orphus sistemi