Yuxarı

​Bakıda ağır sənaye və maşınqayırmanın inkişafı müzakirə olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində alt işçi qrupunun müzakirəsi keçirilib

Bakı. 3 avqust. REPORT.AZ/ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" çərçivəsində "Ağır sənaye və maşınqayırma" mövzusunda alt işçi qrupunun müzakirəsi keçirilib. Bu barədə "Report"a İİTKM-dən məlumat verilib.

Məlumata görə, müzakirələrdə mərkəzlə yanaşı, Prezident Administrasiyası, İqtisadiyyat Nazirliyi və iri sənaye qurumlarının rəhbərləri iştirak ediblər. Qeyd edilib ki, işlək və işləməyən sənaye aktivlərindən səmərəli istifadə daha çox dəyər yarada bilər. Sənayenin xammal təchizatı, kadr hazırlığı, bazarlara çıxış və maliyyə təminatının yaxşılaşdırılması istiqamətində təkliflər verilib. Azərbaycanda metallurgiya, neft-kimya, maşınqayırma, elektrik avadanlığı, tikiniti materialları, ərzaq sənayesi kimi sahələrin inkişaf potensialının olduğu bildirilib.

Alt işçi qrupunun müzakirələri zamanı səslənən təkliflər sistemləşdirilərək "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədində nəzərə alınması üçün təqdim edilib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi