Bakıda 9 ayda inşaat işlərinin 90 %-ni özəl sektor yerinə yetirib
- 04 noyabr, 2024
- 11:37
Bu ilin yanvar-sentyabr aylarında Bakıda yerinə yetirilmiş ümumi inşaat işlərinin 90,1 %-ni qeyri-dövlət tikinti müəssisələrinin payına düşüb.
Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, 9 ayda inşaat işlərinin 85,9 %-ni tikinti, yenidənqurma və genişləndirmə, 7,5 %-ni əsaslı təmir, 3,2 %-ni cari təmir, 3,4 %-ni isə sair tikinti işləri təşkil edib.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda tikinti müəssisələrinin (fərdi sahibkarlar daxil olmaqla) yerinə yetirdiyi inşaat işlərinin 82,2 %-ni tikinti, yenidənqurma və genişləndirmə, 8,4 %-ni əsaslı təmir, 4,8 %-ni cari təmir, 4,6 %-ni isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 88,1 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.