Bakıda 2 ayda 11 milyard manatlıq sənaye məhsulları istehsal edilib

Sənaye
  • 30 mart, 2022
  • 13:07
Bakıda 2 ayda 11 milyard manatlıq sənaye məhsulları istehsal edilib

Bu ilin yanvar-fevral aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 11,2 milyard manat təşkil edib.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.

Məlumata görə, sənaye məhsulunun 84,3 %-i mədənçıxarma, 13,2 %-i emal, 1,9 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 90 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 94,7 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 5,3 % təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla martın 1-nə sənaye müəssisələrinin anbarlarında 368,7 milyon manatlıq hazır məhsul ehtiyatı, eləcə də başqa müəssisələrdən alınıb və satış üçün nəzərdə tutulmuş 78,4 milyon manatlıq digər məhsullar olub.

44 filmi