"Bakı Oksigen Kompani" xalis mənfəətini 41% artırıb

Sənaye
  • 07 iyul, 2022
  • 12:29
Bakı Oksigen Kompani xalis mənfəətini 41% artırıb

"Bakı Oksigen Kompani" ASC-nin 2021-ci ili 179 min manat xalis mənfəətlə başa vurub.

"Report" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 41% çoxdur.

Ötən il "Bakı Oksigen Kompani"nin satışdan (əsas əməliyyat) gəlirləri 2,148 milyon manat (əvvəlki ilə nisbətən 46% çox), satışının maya dəyəri 1,848 milyon manat (47,4% çox), sair əmıliyyat gəlirləri 18 min manat (4 dəfə çox), inzibati xərcləri 94 min manat (49,2% çox), mənfəət vergisi ödəmələri isə 45 min manat (təxminən 41% çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Bakı Oksigen Kompani"nin aktivləri 2,966 milyon manat olub ki, bu da illik müqayisədə 6,9% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 33,25% azalaraq 801 min manata düşüb, balans kapitalı isə 9% artaraq 2,164 milyon manata çatıb.

Xatırladaq ki, "Bakı Oksigen Kompani"nin nizamnamə kapitalı 876 min manatdır.