​Bakı mağazalarında keyfiyyətsiz malların satışı halları aşkar edilib

​Bakı mağazalarında keyfiyyətsiz malların satışı halları aşkar edilib Qanun pozuntusuna yol vermiş şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə ediləcəklər
Sənaye
28 Noyabr , 2014 03:56
​Bakı mağazalarında keyfiyyətsiz malların satışı halları aşkar edilib
Bakı. 28 noyabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı hallarına nəzarət tədbirlərini davam etdirir.

"Report" İSN-ya istinadən xəbər verir ki, keçirilən növbəti monitorinqlər zamanı Bakı (Xəzər, Binəqədi, Səbail, Qobustan rayonları), Sumqayıt, İmişli, Zaqatala, Gəncə, Bərdə və Xudat şəhərləri, həmçinin Kürdəmir və Füzuli rayonlarında yerləşən mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Son xəbərlər

Orphus sistemi