“Bakelektroqaynaq” xalis mənfəətini 3 dəfədən çox artırıb
- 07 iyul, 2022
- 11:43
“Bakelektroqaynaq” ASC 2021-ci ili 105 min manat xalis mənfəətlə başa vurub.
“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 3,2 dəfə çoxdur.
Ötən il “Bakelektroqaynaq”ın sair əməliyyat gəlirləri 335 min manat (əvvəlki ilə nisbətən eyni), inzibati xərcləri 138 min manat (7,4% az), sair əməliyyat xərcləri 65 min manat (1,5% az), mənfəət vergisi ödəmələri isə 26 min manat (8,3% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Bakelektroqaynaq”ın aktivləri 5,362 milyon manat olub ki, bu da illik müqayisədə 5,3% çoxdur. Hesabat dövründə şirkətin 10,25% artaraq 1,754 milyon manata, balans kapitalı isə 3% artaraq 3,068 milyon manata çatıb.
Xatırladaq ki, “Bakelektroqaynaq”ın nizamnamə kapitalı 20,578 milyon manatdır.