"B.Sərdarov adına Maşınqayırma Zavodu" nizamnamə kapitalını kəskin azaldır

Sənaye
  • 24 noyabr, 2023
  • 06:04
B.Sərdarov adına Maşınqayırma Zavodu nizamnamə kapitalını kəskin azaldır

Bakının Binəqədi rayonunda yerləşən "B.Sərdarov adına Maşınqayırma Zavodu" MMC nizamnamə kapitalını 7 044 271 manat və yaxud 130,4 dəfə azaldaraq 7 098 702 manatdan 54 431 manata endirdiyini elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar tələblərini 1 ay ərzində Bakı şəhəri, Binəqədi qəsəbəsi, Binəqədi Şossesi, ev 53 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Bünyad Sərdarov adına Maşınqayırma Zavodu” kommersiya qurumu kimi 1926-cı ildən fəaliyyət göstərən eyni adlı sənaye müəssisənin bazasında 2001-ci ildə yaradılıb. 2022-ci ili avqust ayında ümumi faydalı sahəsi 58 472 kvadratmetr, torpaq sahəsi isə 117 787 kvadratmetr olan müəssisə 14 milyon 489 min 788 manata özəlləşdirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti