Binəqədi rayonunda yerləşən "B.Sərdarov adına Maşınqayırma Zavodu" MMC nizamnamə kapitalını 8,963 milyon manat və ya 2,3 dəfə azaldır.
“Report” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, MMC nizamnamə kapitalını 16,061 milyon manatdan 7,098 milyon manata endirdiyini elan edib.
Məlumata görə, kreditorlar tələblərini 1 ay ərzində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Binəqədi Şossesi, ev 53 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Bünyad Sərdarov adına Maşınqayırma Zavodu” kommersiya qurumu kimi 1926-cı ildən fəaliyyət göstərən eyni adlı sənaye müəssisənin bazasında 2001-ci ildə yaradılıb. Bu ilin avqust ayında ümumi faydalı sahəsi 58 472 kvadratmetr, torpaq sahəsi isə 117 787 kvadratmetr olan müəssisə 14 milyon 489 min 788 manata özəlləşdirilib.