“Azərxalça” ASC-nin Xaçmaz filialında bu günə kimi istehsal olunan ən bahalı xalçanın qiyməti 24 min manat olub.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında filialın direktoru Səlimə Hacıyeva məlumat verib.
Onun sözlərinə görə, 2017-ci ilin may ayından fəaliyyətə başlayan filialın emalatxanasında 4 il ərzində 276 ədəd irili, xırdaılı xalça istehsal olunub.
“Burada ilk illərdə 90-a yaxın işçi çalışıb, hazırda isə 57 işçi fəaliyyət göstərir ki, onlardan da 48-i toxucudur. Bizim xalçalar işləmələrinə görə Qarabağ və Təbriz xalçalarından seçilir. Onlar kiçik naxışlarla işlənirsə, burada istehsal olunan xalçalar Quba, Şirvan üslubunda toxunur. Hazırda müəssisədə 43 dəzgahdan 16-ısı fəaliyyətdədir. Hazırda 5 xalçanın toxunması başa çatıb, kəsimə hazırdır. Son dövrlərdə emalatxanada satış həyata keçirilməyib, daha əvvəl isə xalçaların qiyməti hər kvadratına görə, 600-1000 manat civarında müəyyənləşdirilirib”, - deyə o, qeyd edib.