“Azərxalça” diferensial maaş sistemi tətbiq edəcək

“Azərxalça” diferensial maaş sistemi tətbiq edəcək “Azərxalça” ASC işçilərinin daha yaxşı işləməsini stimullaşdırmaq üçün diferensial maaş sistemi tətbiq edəcək.
Sənaye
136
10 Sentyabr , 2021 10:17
“Azərxalça” diferensial maaş sistemi tətbiq edəcək

“Azərxalça” ASC işçilərinin daha yaxşı işləməsini stimullaşdırmaq üçün diferensial maaş sistemi tətbiq edəcək.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun mətbuat katibi Xatuna Abdullayeva bildirib.

Onun sözlərinə görə, yeni sistem ən zəif toxucuları belə keyfiyyətli xalça toxumağa sövq edəcək.

“Xalça tətbiqi sənət növüdür. Burada ötəri insanların fəaliyyət göstərməsi mümkünsüzdür. Son məhsul kimi ortaya çıxan xalça ilk növbədə onu toxuyanın simasıdırsa, sonrakı mərhələdə “Azərxalça”nın və təbii ki, ən əsası, Azərbaycanın simasıdır. Ona görə məhsullarımızın keyfiyyətinin yüksəldilməsi imicimizin yüksəldilməsi deməkdir. Bazarda özümüzə yer tutmaq, mövqeyimizi bərpa etmək üçün yalnız kəmiyyət deyil, bügünkü zövq və tələblərə cavab vermək, yüksək keyfiyyət də olduqca vacibdir.

Bu gün “Azərxalça”ya məxsus emalatxanalarda çalışan toxucular xalçanın 1 kvadratmetri üçün 250 manat məvacib alır. Bu əvvəldən təyin edilən məbləğdir. Lakin gələcəkdə toxucuların daha həvəslə çalışması və keyfiyyətli məhsullar ortaya qoyması üçün əmək haqlarının artırılması istiqamətində çalışırıq”, - o deyib.

Son xəbərlər

Orphus sistemi