"Azərxalça": "Çin şirkəti Azərbaycan xalçasının çeşnisindən istifadə edib"

"Azərxalça": "Çin şirkəti Azərbaycan xalçasının çeşnisindən istifadə edib" Çinin "Yuland" firması "Azərxalça" ASC-yə məxsus çeşnidən istifadə edib.
Sənaye
16 İyul , 2022 12:45
Azərxalça: Çin şirkəti Azərbaycan xalçasının çeşnisindən istifadə edib

Çinin "Yuland" firması "Azərxalça" ASC-yə məxsus çeşnidən istifadə edib.

"Report" xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin İstehsalat direktoru Əlisəfa Nuriyev məlumat verib.

"Həmin firma bir dəfə bizə xalça təklif edib. Xalçaya baxdım, gördüm ki istifadə edilmiş çeşni Azərbaycana məxsusdur. Həmin xalça Çələbi çeşnisi ilə toxunmuşdu. Azərbaycanın aidiyti qurumları ilə "Yuland" arasında əlaqələr olsa da, "Azərxalça" olaraq biz həmin firmaya Azərbaycan çeşnilərinin istifadə hüququnu verməmişik", - deyə o, qeyd edib.

Bundan başqa, "Azərxalça" rəsmisi deyib ki, təmsil etdiyi şirkətdə bütün regional xüsusiyyətlərin təzahür olunduğu naxışlardan istifadə olunur: "Müharibəni nəzərə salsaq hazırda məhz Qarabağ çeşniləri ilə toxunan xalçalara üstünlük verilir. Amma texnoloji xüsusiyyətlərinə, naxışların sıxlığına və xarici görünüşünə görə Quba-Şirvan xalçaların təlabat daha çoxdur".

Son xəbərlər

Orphus sistemi