“Azərtütün ASK” bu il ixracdan gəlirlərini 42 %-dək azaldıb

“Azərtütün ASK” bu il ixracdan gəlirlərini 42 %-dək azaldıb “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC bu ilin yanvar-noyabr aylarında 1,4 mln ABŞ dolları dəyərində məhsul ixrac edib
Sənaye
30 Dekabr , 2020 15:21
“Azərtütün ASK” bu il ixracdan gəlirlərini 42 %-dək azaldıb

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC bu ilin yanvar-noyabr aylarında 1,4 mln ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 mln ABŞ dolları və yaxud 41,7 % azdır.

Xatırladaq ki, 2019-cu ilin yanvar-noyabr ayları ərzində “Azərtütün ASK” xarici ölkələrə 2,4 mln ABŞ dolları dəyərində məhsul ixrac edib.

Qeyd edək ki, “Azərtütün ASK” MMC Azərbaycan Prezidentinin 4 dekabr 2017-ci il tarixli, 1 704 saylı Fərmanına uyğun olaraq, “İntertobacco” MMC-nin əmlakları “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin mülkiyyətinə götürülüb və 25 may 2018-ci il tarixdən “Azərtütün ASK” MMC qeydiyyata alınaraq fəaliyyətə başlayıb.

“Azərtütün ASK” MMC-nin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında 266 ədəd müasir odla qurutma kamerası, anbar və ofis binaları, habelə digər zəruri infrastruktura malik 4 ədəd tütün istehsalı və emalı məntəqəsi, Zaqatala rayonunda isə bir Tütün emalı zavodu fəaliyyət göstərir. Qurutma kameraları Bolqarıstanın “Ronis” və İtaliyanın “De Cloet”, emal zavodunun avadanlıqları isə ABŞ-ın “MacTavish Evans” və İtaliyanın “Goddiolli Bellanti” şirkətlərinin istehsalıdır. Ümumilkdə, “Azərtütün ASK” MMC və onun strukturuna daxil olan müəssisə və obyektlərdə 194 daimi iş yeri var, mövsümdə isə 500-550 nəfər müvəqqəti işçi cəlb edilir.

Son xəbərlər

Orphus sistemi