"Azərtəkrarqarametal"ın zərəri 43% azalıb
- 07 iyul, 2022
- 11:29
"Azərtəkrarqarametal" ASC 2021-ci ili 10 min manat zərərlə başa vurub.
"Report" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə təxminən 43% azdır.
Ötən il "Azərtəkrarqarametal"ın sair əməliyyat gəlirləri 30 min manat (əvvəlki ilə nisbətən təxminən 17% çox), inzibati xərcləri 25 min manat (təxminən 13% az), sair əməliyyat xərcləri isə 14 min manat (təxminən 4% çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Azərtəkrarqarametal"ın aktivləri 1,532 milyon manat olub ki, bu da illik müqayisədə 0,1% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 0,4% artaraq 2,495 milyon manata, balans kapitalının çatışmazlığı isə 1,2% artaraq 964 min manata çatıb.
Xatırladaq ki, "Azərtəkrarqarametal"ın nizamnamə kapitalı 833 min manatdır.