“Azəripək” İxrac gəlirlərini 21 dəfədən çox artırıb

“Azəripək” İxrac gəlirlərini 21 dəfədən çox artırıb Məhsullar əsasən Rusiya, Türkiyə və İrana ixrac olunur
Sənaye
29 Aprel , 2021 17:43
“Azəripək” İxrac gəlirlərini 21 dəfədən çox artırıb

Bu ilin yanvar-mart aylarında “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi “Azəripək” MMC 603 min ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 575 min ABŞ dolları və yaxud 21,5 dəfə çoxdur.

Qeyd edək ki, 2020-ci ilin yanvar-mart aylarında “Azəripək” MMC 28 min ABŞ dolları dəyərində məhsul ixrac edib.

Xatırladaq ki, “Azəripək” 2018-ci ildə yaradılıb. Cəmiyyətin tərkibində olan istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalatı, burucu sex daxildir. Qeyri-istehsal sahələri isə idarə binası, mexanika, energetika, avtonəqliyyat və xammal sahələrindən ibarətdir.

Pambıqəyirmə istehsalatının 3 növbəli iş rejimində illik istehsal gücü 3 min ton olan mahlıc emalı, baramadan xam ipəyi açan istehsalatın 1 növbəli iş rejimində illik istehsal gücü 500 ton olan yaş barama emalı, toxucu istehsalatının 1 növbəli iş rejimində illik istehsal gücü 50 min p/m olan ipək parça, 40 min p/m olan pambıq parça istehsalı, boyaq-bəzək istehsalatının 1 növbəli iş rejimində illik istehsal gücü əl üsulu ilə 10 min ədəd olan kəlağayı və 5 min ədəd olan şərf təşkil edir.

Müəssisənin istehsal etdiyi məhsullar əsasən Rusiya, Türkiyə və İrana ixrac olunur.

Son xəbərlər

Orphus sistemi