Yuxarı

“Azərikimya”nın Etilen-Polietilen Zavodundakı benzin çənində tüstüləmə baş verib

Xəsarət alan olmayıb, hadisənin başvermə səbəbləri araşdırılır

Bakı. 7 noyabr. REPORT.AZ/ Bu gün saat 03:25 radələrində SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunun 30 saylı neft-kimya məhsullarının qəbulu və buraxılması sahəsindəki birbaşa qovulmuş benzin çənində tüstüləmə baş verib.

SOCAR -dan "Report"a verilən məlumata görə, sexin müvafiq xidmətləri təlimata uyğun olaraq qabaqlayıcı tədbirlər görüblər.

Yanğından Mühafizə Xidmətinin əraziyə çağırılmış güvvələri tərəfindən müvafiq tədbirlər görülüb, saat 04:30-da yanğın təhlükəsi olmadığına görə, əməliyyat dayandırılıb. Hadisə zamanı xəsarət alan olmayıb, hadisənin başvermə səbəbləri araşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi