"AzerGold"un törəmə şirkətinin direktoru dəyişib
Sənaye
- 31 oktyabr, 2024
- 07:06
“AzerGold” QSC-nin “DM Servis” MMC (mülki partlayıcı maddələr və innovativ partlayış sistemlərinin istehsalı sahəsində dünya liderlərindən olan “Orica-Nitro” şirkətinin Azərbaycan üzrə rəsmi tərəfdaşı) ilə birlikdə yaratdığı “Azerblast” MMC-nin direktoru Rizvan Baxşıyev işdən çıxıb.
"Report"un əldə etdiyi məlumata görə, onun yerinə müvəqqəti olaraq Fuad Ramazanov təyin olunub.
O, indiyə qədər "AzerGold"un Daxili nəzarət şöbəsinin müdiri olub. Hazırda bu şöbə Risklərin idarəolunması və daxili nəzarət şöbəsi adlanır, ona rəhbərlik isə Oruc Eyvazova həvalə edilib.
Xatırladaq ki, "Azerblast" Daşkəsən rayonunun Çovdar kəndində, eyni adlı filiz emalı sahəsində qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı 5 000 336 manatdır.
Son xəbərlər
04:16
Qrem Arnold: "İraq yığmasının dünya çempionatına vəsiqə qazanması möcüzə idi"
Futbol04:16
Texasda rançodan qaçan zürafə iki həftədir tapılmır
Maraqlı04:01
DÇ-2026: Uruqvay - İspaniya matçı start götürüb
Futbol04:01
DÇ-2026: Kabo Verde - Səudiyyə Ərəbistanı oyunu başlayıb
Futbol03:54
Pap Tyav: "Seneqal millisinin taleyi öz əlində deyil"
Futbol03:41
ABŞ təyyarəsi İrana zərbələrdən sonra Fars körfəzində patrul xidməti həyata keçirir
Region03:41
Fransa millisinin məşqçisi Qi Stefan: "Norveçlə matçda üzərimizə düşəni yerinə yetirdik"
Futbol03:32
Stole Solbakken: "Dembelenin Norveçə vurduğu ilk iki qol dünya çempionatı səviyyəsində idi"
Futbol03:08