“AzerGold”un Müşahidə Şurası toplaşdı

“AzerGold”un Müşahidə Şurası toplaşdı Bu gün “AzerGold” QSC-nin Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib.
Sənaye
18 Mart , 2020 18:28
“AzerGold”un Müşahidə Şurası toplaşdı

Bu gün “AzerGold” QSC-nin Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib. 

"Report" bu barədə quruma istinadən xəbər verir. 

Məlumata görə, iclas koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkili məqsədilə Baş Nazir Əli Əsədovun dövlət qurumlarının rəhbərləri üçün xüsusi rejimdə iş normalarına dair imzaladığı təlimatların tələblərinə uyğun olaraq, videobağlantı vasitəsilə təşkil edilib. İclasda Cəmiyyətin ötən ildə əldə etdiyi nəticələr, hasilat, kəşfiyyat və ümumilikdə iqtisadi göstəriciləri geniş təhlil olunub. 

“AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov 2020-ci il üzrə fəaliyyət planı və qarşıda duran vəzifələr barədə məlumat verib. O qeyd edib ki, Cəmiyyət fəaliyyətə başladığı dövrdən etibarən, istər hasilat, istər ixrac və satış, geoloji kəşfiyyat, istərsə də digər sahələrdə çoxsaylı uğurlar əldə edib. Hasilata başlanılan ilk ildən mənfəətlə çalışan Cəmiyyət qısa zaman kəsiyində nəinki dağ-mədən sahəsinin, bütövlükdə ölkənin qeyri-neft sektorunun liderlərindən birinə çevrilib. İclasda həmçinin 2020-2025-ci illər ərzində istismara veriləcək yataqlar, proqnozlaşdırılan iqtisadi səmərəlilik və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müşahidə Şurasının üzvləri Cəmiyyətin ümumilikdə fəaliyyətini və 2019-cu ildə əldə etdiyi nailiyyətləri müsbət qiymətləndirib. 

Son xəbərlər

Orphus sistemi