“AzerGold”un ixrac gəlirləri 32% artıb

“AzerGold”un ixrac gəlirləri 32% artıb Bu ilin yanvar-avqust aylarında Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac olunan məhsullar arasında qızıl ilk üçlükdə qərarlaşıb.
Sənaye
8 Sentyabr , 2020 11:16
“AzerGold”un ixrac gəlirləri 32% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac olunan məhsullar arasında qızıl ilk üçlükdə qərarlaşıb.

“Report” xəbər verir ki, bu barədə “AzerGold” QSC-nin bu ilin 8 ayı üzrə əldə etdiyi iqtisadi nəticələrlə bağlı hesabatında bildirilir. 

Sənəddə həmçinin deyilir ki, həm hasilat həcminin, həm də dünya bazarlarında qızıl qiymətlərinin artması fonunda “AzerGold”un ixrac əməliyyatlarından ölkə iqtisadiyatına cəlb etdiyi valyutanın həcmində də artım qeydə alınıb. Bu ilin yanvar ayından sentyabr ayına qədər şirkətin icra etdiyi ixrac əməliyyatları nəticəsində ölkə iqtisadiyyatına 68,5 milyon ABŞ dolları və yaxud 116,4 milyon manat vəsait cəlb edilib. Hesabat dövründə qızıl və gümüş ixracından əldə edilən gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 32% və yaxud 16 milyon ABŞ dolları (28 milyon manat) çoxdur.

Son xəbərlər

Orphus sistemi