“AzerGold” rekord səviyyədə buruq-qazma işləri icra edib

“AzerGold” rekord səviyyədə buruq-qazma işləri icra edib “AzerGold” QSC metal ehtiyatlarının artımına nail olmaq məqsədilə 2022-ci ildə əlvan metallar üzrə 53 min metr və qara metallar üzrə 31 min metr olmaqla buruq-qazma işlərini icra edib.
Sənaye
16 Mart , 2023 13:11
“AzerGold” rekord səviyyədə buruq-qazma işləri icra edib

“AzerGold” QSC metal ehtiyatlarının artımına nail olmaq məqsədilə 2022-ci ildə əlvan metallar üzrə 53 min metr və qara metallar üzrə 31 min metr olmaqla buruq-qazma işlərini icra edib.

Bu barədə “Report”a “AzerGold”dan məlumat verilib.

Bildirilir ki, cəmiyyət ölkənin dağ-mədən sənayesi üzrə rekord göstərici olan ümumilikdə 84,4 min metr dərinliyində buruq-qazma işləri görüb.

2017-2022-ci illər ərzində isə əlvan metallar üzrə 252 min metr, qara metallar üzrə isə 53 min metr olmaqla, ümumilikdə 305 min metrdən çox buruq qazılıb.

Son xəbərlər

Orphus sistemi