“AzerGold” qızıl ixracı planını 30 % artıq icra edib

“AzerGold” qızıl ixracı planını 30 % artıq icra edib ​​​​​​​Bu ilin yanvar-sentyabr aylarında “AzerGold” QSC tərəfindən 36,384 unsiya qızıl ixrac edilib
Sənaye
9 Oktyabr , 2023 15:58
“AzerGold” qızıl ixracı planını 30 % artıq icra edib

Bu ilin yanvar-sentyabr aylarında “AzerGold” QSC 36 384 unsiya və yaxud plandan 30 % çox qızıl ixrac edilib.

“Report” bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Bununla belə, məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac azalıb.

Hesabat dövründə “AzerGold” həmçinin 77 355 unsiya və yaxud plandan 45 % çox gümüş ixrac edilib. 1 il əvvələ nisbətən ixrac 34 % azalıb.

Xatırladaq ki, bu ilin ilk 9 ayı üzrə ixrac göstəricilərində ötən illə müqayisədə müşahidə edilən nisbi azalma QSC-nin istismarı aparılan əsas qızıl mədəni olan “Çovdar”ın sulfid mərhələsi üzrə filizləşmə xüsusiyyətləri ilə bağlıdır və geoloji reallığı əks etdirir. Belə ki, hazırda qızıl mədənində oksid fazasından mürəkkəbliyi ilə seçilən sulfid qatına keçid mərhələsində daha aşağı zənginlikdə olan filizlərin hasilatı aparılır. Bununla belə, plan üzrə davam etdirilən uğurlu fəaliyyət nəticəsində ilin sonunadək müəyyənləşdirilmiş illik hasilat və ixrac hədəflərinin üstələnməsi nəzərdə tutulub.

Xatırladaq ki, 2017-ci ildə Daşkəsən rayonunda yerləşən yalnız 1 mədənin – “Çovdar” qızıl yatağının istismarı ilə yola çıxan “AzerGold” QSC ötən 7 il ərzində “Çovdar” yatağının cinahlarında, Daşkəsən və Göygöl rayonlarında yerləşən daha 3 qızıl mədənini istismara verməyə nail olub. 2021-ci ildə “Ağyoxuş-1” qızıl mədənində istismar işləri tamamlanıb, “Çovdar”, “Mərəh” və “Tülallar” mədənlərində isə hasilat prosesi davam etdirilir. Paralel olaraq “AzerGold” QSC tərəfindən Naxçıvan Muxtar Respublikası, Balakən və Kəlbəcər rayonlarında mövcud qızıl, mis və digər əlvan metal sahələrində müxtəlif mərhələlərdə olan kəşfiyyat və tədqiqat işləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi