“AzerGold”: Qarşıdakı illərdə yeni mədənlərin istismara verilməsi planlaşdırılır

“AzerGold”: Qarşıdakı illərdə yeni mədənlərin istismara verilməsi planlaşdırılır Fəaliyyət dövrü ərzində geoloqların bilavasitə iştirakı və rəhbərliyi ilə 176 min metrdən çox buruqqazma işləri icra edilib
Sənaye
6 İyul , 2021 14:04
“AzerGold”: Qarşıdakı illərdə yeni mədənlərin istismara verilməsi planlaşdırılır

Daşkəsən rayonunda yerləşən “Çovdar” mədənində həyata keçirilən hasilat işləri ilə yanaşı, 5 ildə ehtiyatların artırılması, yeni mədənlərin işə salınması istiqamətində intensiv kəşfiyyat və tədqiqat işləri də həyata keçirilib.

“Report”un məlumatına görə, bunu səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.

Onun sözlərinə görə, şirkətin fəaliyyət dövrü ərzində geoloqların bilavasitə iştirakı və rəhbərliyi ilə 176 min metrdən çox buruqqazma işləri icra edilib: “Təsadüfi deyil ki, Cəmiyyət tərəfindən reallaşdırılan müvafiq tədqiqatlar nəticəsində istismarına hazırlıq görülən yataqların əlvan metal resursları qəbul edilmiş beynəlxalq standartlara əsasən, ümumilikdə 24 dəfə artırılıb. Sevindirici haldır ki, “Çovdar” mədəni ətrafında həyata keçirilən aktiv geoloji kəşfiyyat işləri nəticəsində “AzerGold”un geoloqları “Ağyoxuş” yataqlar qrupu və “Mərəh” qızıl yatağının kəşf edilməsinə nail olub. Ötən ilin sentyabr ayından etibarən “Ağyoxuş 1” yatağında hasilat işlərinə start verilib”.

O qeyd edib ki, bununla yanaşı, hazırda Cəmiyyət “Ağyoxuş” və “Mərəh” də daxil olmaqla “Çovdar” əlvan metal filizi yataqları qrupu, “Köhnəmədən” sahəsi, Naxçıvan MR-dəki qızıl və mis yataqları (“Göydağ” sahəsi) və “Daşkəsən” dəmir filizi yataqları qrupu üzrə kəşfiyyat işlərini davam etdirir: “Qarşıdakı illərdə həmin yataq qrupları üzrə yeni mədənlərin istismara verilməsi planlaşdırılır. Bu isə öz növbəsində, ölkədə, xüsusilə regionlarda yüzlərlə yeni iş yerinin yaradılması, ölkə iqtisadiyyatının qeyri-neft sektoruna milyardlarla manat həcmində gəlirin cəlb edilməsinə imkan verəcək”.

Son xəbərlər

Orphus sistemi