“AzerGold” ötən ay ən böyük həcmli ixrac əməliyyatlarını həyata keçirib

“AzerGold” ötən ay ən böyük həcmli ixrac əməliyyatlarını həyata keçirib Bu ixrac əməliyyatları nəticəsində “AzerGold” fəaliyyət dövrü üçün aylıq rekord məbləğdə - 43 milyon 210 min manat vəsaiti ölkə iqtisadiyyatına cəlb edib
Sənaye
9 Oktyabr , 2023 15:21
“AzerGold” ötən ay ən böyük həcmli ixrac əməliyyatlarını həyata keçirib

Qiymətli metalların hasilatı və ixracını həyata keçirən “AzerGold” QSC bu ilin sentyabr ayında fəaliyyət dövrü ərzində ən böyük həcmli ixrac əməliyyatlarını həyata keçirib.

“Report”un “AzerGold”a istinadən verdiyi məlumata görə, Səhmdar Cəmiyyət bu ilin sentyabr ayında icra etdiyi iki ixrac əməliyyatı nəticəsində xarici bazarda 13,3 min unsiya qızıl və 15,8 min unsiya gümüşün satışına nail olub.

Bu ixrac əməliyyatları nəticəsində “AzerGold” fəaliyyət dövrü üçün aylıq rekord məbləğdə - 43 milyon 210 min manat vəsaiti ölkə iqtisadiyyatına cəlb edib.

Xatırladaq ki, 2017-ci ildə Daşkəsən rayonunda yerləşən yalnız 1 mədənin – “Çovdar” qızıl yatağının istismarı ilə yola çıxan “AzerGold” QSC ötən 7 il ərzində “Çovdar” yatağının cinahlarında, Daşkəsən və Göygöl rayonlarında yerləşən daha 3 qızıl mədənini istismara verməyə nail olub. 2021-ci ildə “Ağyoxuş-1” qızıl mədənində istismar işləri tamamlanıb, “Çovdar”, “Mərəh” və “Tülallar” mədənlərində isə hasilat prosesi davam etdirilir. Paralel olaraq “AzerGold” QSC tərəfindən Naxçıvan Muxtar Respublikası, Balakən və Kəlbəcər rayonlarında mövcud qızıl, mis və digər əlvan metal sahələrində müxtəlif mərhələlərdə olan kəşfiyyat və tədqiqat işləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi