"AzerGold" “Məhkəmə Strategiyası üzrə Hesabat" sənədi hazırlayıb

"AzerGold" “Məhkəmə Strategiyası üzrə Hesabat" sənədi hazırlayıb “AzerGold” QSC ölkəmizin parlaq qələbəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə əlvan metalların qeyri-qanuni hasilatı üzrə fəaliyyətin hüquqi qiymət alması məqsədilə2018-ci ildən araşdırmalar apalıb. İcra edilən layihə çərçivəsində hazırlanmış “Məh
Sənaye
2 Fevral , 2021 11:26
AzerGold “Məhkəmə Strategiyası üzrə Hesabat sənədi hazırlayıb

“AzerGold” QSC ölkəmizin parlaq qələbəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə əlvan metalların qeyri-qanuni hasilatı üzrə fəaliyyətin hüquqi qiymət alması məqsədilə2018-ci ildən araşdırmalar apalıb. İcra edilən layihə çərçivəsində hazırlanmış “Məhkəmə Strategiyası üzrə Hesabat" sənədi 2020-ci ilin iyul-dekabr ayları ərzində layihə çərçivəsində toplanılmış məlumatlar və faktlarla birgə müvafiq dövlət qurumlarına təqdim edilib.

“Report”un məlumatına görə, bu barədə səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, sənəddə işğal zamanı Qarabağda əlvan metalların qeyri-qanuni hasilatı və ticarəti ilə məşğul olmuş şəxslər və şirkətlər, qeyri-qanuni hasilata dəstək verən qaçaqmalçı şəbəkələr zənciri, onların qanunsuz fəaliyyəti barədə ictimai açıq mənbələrdən toplanmış detallı məlumatlar əks olunub: “Bununla yanaşı, Cəmiyyət işğaldan azad olunmuş ərazilərinin bərpası və inkişafı konsepsiyasına uyğun olaraq İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər Nazirlikləri ilə birlikdə əlvan metal yataqlarının gələcək istismarı ilə bağlı müvafiq araşdırmalar və digər lazımi işlər proqramlaşdırır. Bundan sonrakı mərhələlərdə də “AzerGold” dövlətin bu istiqamətdə aparcağı vahid siyasətə bütün resursları vasitəsilə dəstək verməyə, öz üzərinə düşən vəzifələri yerinə yetirməyə hazırdır.

Şübhəsiz, işğaldan azad edilən ərazilərimizdə əlvan metal ehtiyatlarının potensialı ölkənin dağ-mədən sənayesinin və metallurgiyanın gələcək inkişafında böyük rol oynayacaq. Sənaye əhəmiyyətli proqnoz resurslara malik çoxsaylı qızıl, gümüş, mis, civə və digər faydalı qazıntı yataqlarının istismara verilməsi azad edilmiş ərazilərimizdə sənayeni yenidən təşkil etməyə, iqtisadiyyatın əksər sahələrinin inkişafını intensivləşdirməyə, yerli əhalinin əlavə iş yerləri ilə təmin olunmasına, eləcə də bərpa olunacaq şəhər və kəndlərin inkişafına böyük ölçüdə dəstək olacaq”.

Son xəbərlər

Orphus sistemi