“AzerGold” QSC törəmə şirkəti “Daşkəsən Dəmir Filiz” MMC vasitəsilə 198 nəfəri işlə təmin edib.
"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu barədə qurumun İdarə Heyətinin sədri müavini Xəyyam Fərzəliyev məlumat verib.
Onun sözlərinə görə, bunun 73%-i Daşkəsən rayonunun sakinləridir. Dəmir filizi sahəsinin fəaliyyəti aktiv fazaya keçdikdən sonra regionda yeni və daimi iş yerlərinin sayı daha da artırılacaq.